COP29

"Qarabağ"ı daim izləyirəm - Rəşad Sadıqov “Zirə”də çox yaxşı işlər görür"

22 Aprel 08:30 Qarabağ 938
"Qarabağ"ı daim izləyirəm - Rəşad Sadıqov “Zirə”də çox yaxşı işlər görür"

"Zirə"nin sabiq futbolçusu Miloş Radivoyeviç sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, hazırda Serbiyada - “Smederova 1924" də oynayan 34 yaşlı müdafiəçi sabiq klubundakı vaxtlarından danışıb, bu komandaya keçidini xatırlayıb:

"Zirə" çox yaxşı klubdur. Bakı isə gördüyüm şəhərlər arasında ən gözəlidir.

Mən və ailəm orada gözəl vaxt keçirdik. Düzü, hamımız Bakı üçün çox darıxırıq. İnsanlar çox nəzakətlidir".

“Zirə”yə keçidim belə alınmışdı ki, Ayxan Abbasov zəng etmişdi. Təəssüf ki, cəmi üç oyundan sonra özü oradan ayrıldı.

Onunla çox yaxşı münasibətimiz var idi. Mənə görə, Abbasov Azərbaycandakı ən yaxşı məşqçilərdən biridir. A

rdınca Samir Abasov gəldi. Onunla münasibətimiz o qədər də yüksək olmadı.

Amma bunun heç bir səbəbi yox idi. Buna rəğmən, bir neçə dəfə liqanın ən yaxşılarından ibarət həftəlik heyətdə yer almışdım.

Həm sol cinah müdafiəçisi, həm də mərkəz müdafiəçisi kimi oynayırdım. Hətta “Qəbələ” ilə matçda da qələbə qolunu vurmuşdum.

Orada çox yaxşı oynayırdım. Düşünürdüm ki, “Zirə”də uzun illər qalacam. Amma olmadı, Xorvatiyaya yollandım.

İndi də Superliqaya yüksəlmək uğrunda mübarizə aparırıqı. Biz buna yaxınıq. Mövsümün ikinci hissəsinin əvvəlində zədələndim və yeni qayıtmışam. Artıq komandama kömək edirəm".

2018/2019 mövsümündə “Zirə”nin formasını geyinmiş serbiyalı "Zirə"nin qarşıdakı illərdə çempionluq perspektivini də dəyərləndirib:

"Zirə" və Azərbaycan futbolunu indi də izləyirəm. Vaxt tapdıqca, oyunlara baxıram.

Nəticələri isə daim diqqətdə saxlayıram. Rəşad Sadıqov “Zirə”də çox yaxşı işlər görür. Onlara ən yaxşı nəticələri arzulayıram.

Orada mənimlə birlikdə oynayan oyunçulardan yalnız İlkin Muradov qalıb. O, çox yaxşı yarımmüdafiəçidir.

Premyer Liqanın lideri olan "Qarabağ"ı da həmişə izləyirəm. Xüsusən də Avropadakı oyunlarını.

Avrokuboklarda əla oyun nümayiş etdirdilər. "Zirə"nin də keyfiyyəti yüksəkdir.

Məncə, fərq o qədər də yüksək deyil. "Qarabağ"la "Zirə" Serbiyadakı "Srvena Zvezda" ilə "Partizan" kimidir.

İki komanda digərlərindən fərqlənir və üçüncü klubun çempionluq qazanması çox çətin görünür.

Ümidvaram ki, “Zirə” gələcək illərdə bunu reallaşdıracaq. Onlara inanmağım əbəs yerə deyil. Çünki çox yaxşı işlər görürlər".

Digər Xəbərlər
Xəbər Lenti