Rəşad Sadıqov “Qarabağ”dan getdi: "Çox götür-qoy etdikdən sonra qərar verdim"

15 İyul 2020 18:06 Qarabağ 1 210
Rəşad Sadıqov “Qarabağ”dan getdi: "Çox götür-qoy etdikdən sonra qərar verdim"

Millimizin sabiq kapitanı Rəşad Sadıqov “Qarabağ”la vidalaşıb.

Sportinfo.az xəbər verir ki, futbolçu karyerasını başa vuran kapitan bunu sosial şəbəkədə bəyan edib:

“Əziz “Qarabağ” azarkeşləri, “Qarabağ” ailəsi. “Qarabağ”ın formasını 11 il böyük qürur və fəxr hissi ilə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum.

Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. “Qarabağ”dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib, uğurlar arzu edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti