"Qarabağ"ın önəmli şəxsi İspaniyaya niyə gedib? - İSTİ-İSTİ AÇIQLAMA

24 Aprel 17:40 Qarabağ 3 544
"Qarabağ"ın önəmli şəxsi İspaniyaya niyə gedib? - İSTİ-İSTİ AÇIQLAMA

Bu gün Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib.

İclas İspaniyanın paytaxtı Madriddə təşkil olunub.

«Qarabağ»ın İdarə Heyətinin üzvü Asif Əsgərov toplantıda iştirak edib. O, Sportinfo.az-a tədbir barədə geniş açıqlama verib:

«Avropa Klublar Birliyi gündən-günə böyüyür. Bir il qabaq təşkilata üzv klubların sayı 246 idi, indi bu rəqəm 619-a çatıb.

Qitənin 15 ölkəsinin yüksək liqasında çıxış edən butun klublar artıq ECA-ya üzvdür. 30-dan çox ölkənin klublarının 80-90 faizi ECA-da üzvlükdən keçib.

Avropada 700-ə yaxın klub var və gedişatdan görürsüz ki, ECA necə sürətlə inkişaf etməkdədir. Bu, ECA-nın artıq bütün Avropanı təmsil etməsi deməkdir.

ECA-nın ümumi lozunqu «Avropanın ürəyi» deməkdir. Bu təşkilat UEFA və FİFA-nın bütün komitələrində təmsil olunmağa başlayıb və mənim özüm də UEFA-da Yarışların Keçirilməsi Komitəsinin üzvüyəm.

ECA-nın İcraiyyə Komitəsinin hər iki-üç aydan bir iclası keçirilir. Gündəlikdə olan bir neçə məsələyə baxılır.

Madriddə keçirilən budəfəki toplantıda bəzi məsələlər təsdiqləndi. Sabah 400-dən artıq klubun nümayəndəsinin iştirakıyla ümumi toplantı keçiriləcək.

Toplantı «klubların birləşməsi» devizi ilə təşkil olunacaq. Azərbaycandan da bir çox klubun nümayəndəsi artıq burada olmalıdır.

Burada ECA-nın göstərdiyi xidmətlər barədə geniş məlumat veriləcək. Qurumun fəaliyyətinin onlara necə faydalı olması izah ediləcək.

Əvvəl UEFA və FİFA nə qərar verirdisə, onu hamı bilirdi. İndi ECA-nın vasitəsilə klublar daha güclüdür. Öz sözlərini deyə bilirlər. Lazım gələndə də hansısa qərarı dəyişdirirlər».

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI