"Qarabağ"a keçəndə heç nə ilə maraqlanmaq lazım deyil"

18 May 2020 20:40 Qarabağ 774
"Qarabağ"a keçəndə heç nə ilə maraqlanmaq lazım deyil"

"Çempionlar Liqası və Avropa Liqasında oynamaq üçün “Qarabağ”a keçdim.

İndi keçmişə baxanda düşünürəm ki, Avropada qalsaydım, daha yaxşı olardı. Çünki oradan ayrıldıqdan sonra əvvəlki səviyyəyə qayıtmağın çətin olduğunu gördüm".

Sportinfo.az xəbər verir ki, bunu hazırda Almaniyanın "Valdhof" klubunda çıxış edən Miro Varvodiç "Fenix-magazin.de" saytına müsahibəsində deyib.

31 yaşlı qapıçı Bakıda maraqlı insanlarla tanış olduğunu və özünə dostlar qazandığını bildirib. Varvodiçin fikrincə, Azərbaycanda həyat Avropadakından fərqlidir:

"Böyük liqalarda oynayanda xəyalınızı gerçəkləşdirirsiniz. Bu hissləri izah etmək çətindir. Oynayırsınız, məşq edirsiniz və səyahət edib zövq alırsınız. Mənə futbolla bağlı hər şey zövq verir".

Varvodiç 2012 - 2014-cü illərdə "Qarabağ"ın formasını geyinib. Xorvatiyalı ilk klubu "Hayduk"un onun üçün xüsusi olduğunu və belə də qalacağını söyləyib:

"Digər tərəfdən "Qarabağ" və "Köln" kimi klubların yaxşı şəraiti var. O komandalara keçəndə heç nə ilə maraqlanmaq lazım deyil, sadəcə futbolu düşünmək kifayətdir".

Digər Xəbərlər
Xəbər Lenti