"Qarabağ"ın almaq istədiyi qapıçını tanıyın - VİDEOLAR

12 May 2020 11:34 Qarabağ 533
"Qarabağ"ın almaq istədiyi qapıçını tanıyın - VİDEOLAR

“Qarabağ” “Menemenspor”un qapıçısı Gentian Selmanini transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin baş məşqçisi Cenk Laleci yerli mətbuata açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Ağdam klubu 22 yaşlı qapıçı üçün rəsmi təklif göndərib: “Selmanini yalnız yerli yox, əcnəbi klublar da izləyir. Onun üçün “Qarabağ”dan klubumuza təklif gəlib. Danışıqlar davam edir”.

Bu mövsüm "Menemenspor"un heyətində 28 oyunda meydana çıxan Gentian Selmaninin Türkiyə klubu ilə 2021-ci ilin yayına kimi müqaviləsi var. İlk peşəkar klubu “Kastrioti” olan Selmani, 2015-2019-cu illər aralığında da “Laçi”nin uğurları üçün çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!