“Azərbaycanda istənilən komanda “Qarabağ”ı məğlub edəcək gücdədir”

9 Mart 2020 12:16 Qarabağ 1 032
“Azərbaycanda istənilən komanda “Qarabağ”ı məğlub edəcək gücdədir”

Sportinfo.az “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmədəliyevin müsahibəsini təqdim edir

- “Keşlə” ilə matçda “Qarabağ” növbəti üç xalını qazandı. 2:0 hesabı ilə qalib gəldiyiniz oyunu necə şərh edərdiniz?

- Əslində olduqca ağır matç oldu. Çünki rəqibimiz də güclü idi. “Keşlə” hücumda da çox təhlükəli komandadır. Qalib gəldiyimizə görə şadam.

- İkinci yarıda da hesabda öndə olsanız da, “Keşlə” Aleksandre Kriştavao ilə real qol vəziyyəti yaratdı. Necə düşünürsünüz, əgər həmin epizodda anqolalı hücumçu qol vursaydı, “Qarabağ” üçün qələbə qazanmaq çətin olmayacaqdı?

- Necə olacaqdı, o barədə bir söz deyə bilmərəm. Əslində rəqibimiz çətin komanda olsa da, oyunu sakit şəkildə qalib başa vurmaq üçün çox sayda qol şansımız var idi. Üstəlik, bütün komandalar “Qarabağ”a qarşı ikiqat qüvvə ilə oynayırlar.

- Sizcə, Azərbaycan Premyer Liqasında “Qarabağ”ı dayandıra biləcək komanda var?

- Azərbaycan Premyer Liqasında çıxış edən istənilən komanda “Qarabağ”ı məğlub edəcək gücdədir. Bilirsiz, biz özümüzü məğlubedilməz kimi hiss etmirik. Sadəcə mövsüm ərzində dayanmadan işləyirik.

- Altı oyundur ki, qapınızda qol görmürsünüz. Bunun sirri nədədir?

- Açığı, bunlar haqda heç düşünmürəm. Çünki komandamın nəticələri şəxsi nəticələrdən daha önəmlidir.

- “Qarabağ” Premyer Liqanın XXI turu çərçivəsində “Qəbələ”ni qəbul edəcək. Rəqibin son qarşılaşmadakı oyunundan sonra heç ehtiyat etmirsiz?

- Hamımız “Qəbələ”nin gücünü görmüşük. Orada yaxşı komanda yaranıb. Ümumiyyətlə, Premyer Liqada heç bir komandaya qarşı oyun asan olmur. Ona görə də bu qarşılaşmanın da çətin keçəcəyini bilirik.

- “Qarabağ” kimi çempionluğa oynayan komandada əsas qapıçısınız. Üstəlik, altı oyundur ki, qol buraxmırsınız. Bu milli komandamızda da bir nömrə olmaq yolunda sizə kömək edə bilər?

- Mən öz işimi görürəm, vəzifəmi yerinə yetirirəm. “Qarabağ”a xeyir vermək və milliyə düşmək üçün daha çox işləyəcəm. Çıxdığım hər oyunda da komandam üçün ən yaxşısını etməyə çalışıram.

- Yığmamızın Millətlər Liqasındakı şanslarını necə dəyərləndirərdiz?

- Məncə, qrupda eynisəviyyəli komandalar yer alıb. İndi bütün komandalar futbol oynamağı bacarır. Qarşımıza qrupdan çıxmaq məqsədi qoymalıyıq. Görək necə olacaq.

- Son vaxtlar millimizin baş məşqçi postuna namizədlər arasında komanda yoldaşınız Rəşad Sadıqovun adı çəkilir. Onun baş məşqçi təyin olunması yığmamıza kömək edə bilər?

- Milli komandanın baş məşqçisinin kim olacağını şərh etmək mənim işim deyil. Rəşad Sadıqov barədə çox danışmağa ehtiyac yoxdur. Çünki hamı bu insanın Azərbaycan futboluna necə xeyir verdiyini bilir. Məncə, o, baş məşqçi kimi də yaxşı olacaq. (apasport.az)

Digər Xəbərlər
Xəbər Lenti