COP29

"Sportinfo TV"nin tanınan siması "TRT Spor"da "Qarabağ"dan danışdı - VİDEO

24 Fevral 13:00 Qarabağ 2 728
"Sportinfo TV"nin tanınan siması "TRT Spor"da "Qarabağ"dan danışdı - VİDEO

"Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərov "TRT Spor"a qonaq olub.

O, Türkiyə kanalına "Qarabağ"dan danışıb.

Tanınmış jurnalist Ağdam klubunun Avropa Liqasının pley-off mərhələsində "Braqa"ya qalib gəlməsini tarixi hadisə adlandırıb. Bildirib ki, "köhlən atlılar"ın zəfəri ölkəmizdə böyük coşqu ilə qarşılanıb.

Sualları cavablandıran E.Cəfərov deyib ki, Qurban Qurbanovun fikirləri öz təsdiqini tapıb.

Nəriman Axundzadənin son dəqiqədə vurduğu qola diqqət çəkən ekspert baş məşqçinin hələ Portuqaliyadakı ilk qarşılaşmadan sonra işlətdiyi məşhur ifadəni xatırladıb.

Həmçinin vurğulayıb ki, Qurbanov yaxınlarda Almaniyaya səfər edib, "Bayer"i çalışdıran həmkarı Xabi Alonso ilə görüşüb, onların məşq prosesini izləyib.

"Qarabağ"ın 1/8 final mərhələsində Leverkuzen təmsilçisi ilə üz-üzə gələcəyini deyən müsahib Bakıdakı oyunun yerinin dəyişməyəcəyini açıqlayıb, Tofiq Bəhramov adına Respublika stadionunun komandaya düşərli olduğunu bildirib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"