"Qarabağ"ın 2 futbolçusuna “100” verildi - FOTOLAR

11 Noyabr 2024 08:20 Qarabağ 803
"Qarabağ"ın 2 futbolçusuna “100” verildi - FOTOLAR

"Qarabağ"ın futbolçuları Toral Bayramov və Marko Yankoviç yubiley matçlarını keçiriblər.

Sportinfo.az xəbər ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Futbolçular 100-cü dəfə komandalarının formasını geyiniblər. Bu, Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Bodo Qlimt"lə (2:1) matça təsadüf edib.

Misli Premyer Liqasının 13-cü turunda "Zirə" ilə görüşdən əvvəl Bayramov və Yankoviçə "Qarabağ"ın xatirə forması və diplom təqdim olunub.

Mükafatı "Qarabağ"ın baş direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov verib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM