COP29

"Qarabağ" Premyer Liqanın qapısını 2:2 ilə bağladı - VİDEO

27 May 00:40 Qarabağ 258
"Qarabağ" Premyer Liqanın qapısını 2:2 ilə bağladı - VİDEO

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, XXXVI turun sonuncu matçında çempion "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.

Naxçıvan klubunda 3-cü dəqiqədə Elvis Maşike fərqlənib. "Köhlən atlar"da Olavio Juninyo 27-ci dəqiqədə tarazlığı bərpa edib.

32-ci dəqiqədə "Araz-Naxçıvan"ın kapitanı Vadim Abdullayev avtoqol müəllifi olub. 58-ci dəqiqədə onun komanda yoldaşı Abdulla Rzayev hesabı bərabərləşdirib.

Çempion "Qarabağ" xallarının sayını 83-ə çatdırıb. "Araz-Naxçıvan" mövsümü 36 xalla 8-ci sırada bitirib.

"Azersun Arena”, 3700 tamaşaçı
Baş hakim: Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Rəhman İmami, Asif Abdullayev
Dördüncü hakim: Rauf Allahverdiyev
VAR: Cavid Cəlilov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqə: yoxdur
Qollar: Elvis Maşike, 3; Abdulla Rzayev, 59 // Olavio Juninyo, 28; Vadim Abdullayev, 32 (ö.q.)
Qolla nəticələnməyən penalti: Adama Diakabi, 74
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

“Araz-Naxçıvan”
12. Kristian Avram
6. Vadim Abdullayev (k)
55. Zamiq Əliyev
(22. Elçin Mustafayev, 83)
2. Abdulla Rzayev
11. Ramin Nəsirli
(39. Tural Bayramlı, 69)
9. Elvis Maşike
29. Vanderson Melo
23. Nuno Rodriqes
14. Miço Kuzmanoviç
4. İqor Ribeyro
27. Numan Kurdiç

Ehtiyat oyunçular:
91. Semir Bukviç
1. Vüsal Şabanov
10. Orxan Əliyev
7. Nicat Süleymanov
17. İldar Alekperov
88. Tuqay Əlizadə
13. Mirəli Əhmədov
19. Aksel Nqando
8. İsmail Azzaui

Baş məşqçi: Elmar Baxşıyev

“Qarabağ”

99. Andrey Lunyov
55. Bədavi Hüseynov (k)
(81. Kevin Medina, 66)
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
27. Toral Bayramov
(11. Adama Diakabi, 66)
10. Abdullah Zubir
(24. Aleksey İsayev, 66)
8. Marko Yankoviç
(66. Patrik Andrade, 66)
18. Olavio Juninyo
(90. Nəriman Axundzadə, 66)
2. Mateus Silva
6. Julio Romao
15. Leandro Andrade
Ehtiyat oyunçular:
23. Luka Quqeşaşvili
89. Amin Ramazanov
5. Maksim Medvedev
30. Abbas Hüseynov
7. Yassin Benzia
17. Hamidu Keyta
19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"