Kadi “Qarabağ”a dönür? – Meneceri söylədi ki…

10 Aprel 00:40 Qarabağ 1 875
Kadi “Qarabağ”a dönür? – Meneceri söylədi ki…

“Krasnodar”ın vingeri Kadi Borgesin agenti Helsio Roberto braziliyalı oyunçunun “Qarabağ”a qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, xarici KİV-ə açıqlamasında Kadinin Rusiya klubundan ayrılmaq fikrində olmadığını deyib:

“Bu barədə deyəcək bir sözüm yoxdur. Kadi “Krasnodar”dakı hər şeydən razıdır”.

Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvarına qədər “Qarabağ”da oynayıb. O, 5 milyon avroya “Krasnodar”a transfer olunub.

Kadinin Rusiya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti