"Qarabağ"ın Qurban Qurbanovla bağlı atdığı bu addıma azarkeşlərdən kütləvi REAKSİYA gəldi

9 Aprel 09:00 Qarabağ 421
"Qarabağ"ın Qurban Qurbanovla bağlı atdığı bu addıma azarkeşlərdən kütləvi REAKSİYA gəldi

"Qarabağ"ın rəsmi "feysbuk" hesabı Qurban Qurbanovla bağlı paylaşım edib.

Ağdam təmsilçisinin "Qurban Qurbanov" başlıqlı postunda təcrübəli mütəxəssisin fotosu yer alıb.

Yəqin ki, klub bununla xidmətlərinə görə öz baş məşqçisinə növbəti dəfə minnətdarlıq etmiş olub.

Tərəfli-tərəfsiz bütün izləyicilər də klubun addımına qoşularaq Qurbanovun şəninə, ancaq xoş sözlər səsləndiriblər.

Onlardan bəzilərini sizə təqdim edirik:

"Bu adam hörmətə layiqdir".

"Futbolu bərbad gündə olan ölkənin futbol dahisi. Allah sizi qorusun, Qurban hoca".

"Qurban hoca sən qəhrəmansan".

"Ən böyük adam".

"Gözümüz önündə müəllimin saçları ağardı. Allah ömür versin".

"Qürur duyulası dəyərli insan".

"Yaşayan əfsanə".

"Allahın bizə bəxş etdiyi sərvət".

"Ölkənin fəxri".

"Ekrana qoyduğum əsl Azərbaycan kişisi".

"Əsl ekranlıq gözəl fotodur".

"Futbolumuzun kralı".

"Futbol oynamağı bacardığımızı dünyaya göstərən adam".

"Adına heykəl qoyulmalı, prospektlər salınmalıdır".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti