COP29

Gecənin bir vaxtı "Qarabağ" üçün möhtəşəm atəşfəşanlıq - VİDEO

25 Fevral 18:35 Qarabağ 509
Gecənin bir vaxtı "Qarabağ" üçün möhtəşəm atəşfəşanlıq - VİDEO

Azərbaycan futbolu 2024-cü ilin 22 fevral gecəsini hələ uzun müddət unutmayacaq.

Məhz həmin gecə "Qarabağ" Azərbaycan futbol tarixində növbəti tarixi zəfərini qazandı.

Ağdam təmsilçisi ilk dəfə olaraq Avropa Liqasının 1/8 final mərhələsinə yüksəldi.

Həm də Portuqaliyanın adlı-sanlı komandalarından biri olan "Braqa"nı 10 nəfər qaldığı matçda diz çökdürərək bunu bacardı.

Nəriman Axundzadənin 122-ci dəqiqədə vurduğu qol Tofiq Bəhramov adına Respublika stadionunu cuşa gətirdi.

Arenanın daxilində rəhbərlik məşqçilər, futbolçular heyəti və azarkeşlər xoş anların dadını çıxarmaqla məşğul idi.

Arenanın çölündə isə möhtəşəm atəşfəşanlıq təşkil olunmuşdu.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"