“Braqa”nın hücumçusu: “Hər kəs “Qarabağ”ın əla komanda olduğunu gördü”

24 Fevral 01:10 Qarabağ 3 858
“Braqa”nın hücumçusu: “Hər kəs “Qarabağ”ın əla komanda olduğunu gördü”

“Braqa”nın futbolçusu Abel Ruis Avropa Liqası pley-off mərhələsinin “Qarabağ”la cavab matçından sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı forvard “Qarabağ”ın çox yaxşı komanda olduğunu bildirib:

“Çətin bir gecə idi. Düşünürəm ki, yaxşı oyun göstərdik, xüsusən də ikinci hissədə.

Birinci hissə bir az pis oldu. Amma fasilədən sonra iki qol vurduq, lakin mərhələni keçə bilmədik.

Birinci və ikinci oyunda olan hər kəs “Qarabağ”ın əla komanda olduğunu, çox yaxşı oynadıqlarını və işimizi çox çətinləşdirdiklərini gördü.

Biz cavab matçında üstün idik və mərhələni keçməyə layiq idik.

Amma bu, futboldur. İndi bizim üçün çox vacib olan çempionatdır. Qarşıda növbəti oyunumuz var, diqqətimizi buna yönəltməliyik”.

“Qarabağ” iki oyunun nəticəsinə görə “Braqa”nı üstələyərək 1/8 final mərhələsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!
12 Aprel 07:30 Bu məhsullar bahalaşıb