COP29

Tanış olun - "Qarabağ" tarix yazdığı gecədə "Neftçi" nə ilə yadda qaldı?

29 Fevral 19:40 Qarabağ 2 253
Tanış olun - "Qarabağ" tarix yazdığı gecədə "Neftçi" nə ilə yadda qaldı?

Ölkəmizin Avropadakı yeganə təmsilçisi "Qarabağ" Avropa Liqasında yoluna davam edir.

Ağdam klubu ilk dəfə oynadığı pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu turnirdən kənarlaşdırıb.

Səfərdə oynanılan ilk matçda rəqibinə 4:2 qalib gələn "köhlən atlar" cavab görüşündə 3:2 məğlub olmasına rəğmən sevinən tərəf olub.

Əlavə vaxtın son saniyələrində Nəriman Axundzadənin vurduğu qol cütün taleyini həll edib.

Bununla da iki görüşün nəticəsinə görə Avropa Liqasının 1/8 final mərhələsinə yüksələn son çempion futbol tariximizdə yeni bir ilkə imza atıb.

Böyük uğura Premyer Liqanın digər təmsilçiləri də biganə qalmayıb.

Daxili yarışlarda "Qarabağ"a rəqib olan klublar öz rəsmi sosial şəbəkə hesablarından "Qarabağ"la bağlı təbrik posteri paylaşıblar.

Yalnız "Neftçi" xaric.

"Ağ qaralar" Qurban Qurbanovun kollektivini təbrik etməyə gərək duymayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!