
Avropa Liqasının pley-off mərhələsinin "Braqa"ya qarşı cavab oyununda "Qarabağ"ın məşqçisi Elçin Rəhmanov qırmızı vərəqə ilə cəzalandırılıb.
Sportinfo.az xəbər verir ki, baş hakim Georgi Kabakov mütəxəssisi 89-cu dəqiqədə etirazlarına görə birbaşa qırmızı vərəqə ilə cəzalandırıb.
Bununla da E.Rəhmanov texniki heyətin olduğu yeri tərk edib.
Oyunun 57-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev 2-ci sarı vərəqə ilə oyundan kənarlaşdırılıb. Buna sərt şəkildə etiraz etdiyinə görə isə baş hakim Qurban Qurbanova sarı vərəqə göstərib.