COP29

FOTO - “Qarabağ”lı “Bizim gələcəyimiz”də ən yaxşı seçildi

12 Fevral 01:00 Qarabağ 276
FOTO - “Qarabağ”lı “Bizim gələcəyimiz”də ən yaxşı seçildi

“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandasının iştirakı ilə keçirilən “Bizim gələcəyimiz” turnirinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə təşkil olunan yarışın qalibləri və ən yaxşılarının mükafatlandırma mərasimi baş tutub.

Ağdam klubunun futbolçusu Əli Bəşirov da fərdi mükafata layiq görülüb. O, turnirin ən yaxşı yarımmüdafiəçisi seçilib.

"Qarabağ"ın futbolçusu turnirin ən yaxşısı seçildi

Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 beş oyun keçirdiyi turnirdə 5-ci yeri tutub.

“Qarabağ” qrup mərhələsində Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edib, Belarusun BATE komandası ilə bərabərə qalıb – 1:1.

1/4 finalda Belarus təmsilçisi ROEM-BDU ilə qolsuz heç-heçə edən “Qarabağ” penaltilər seriyasında 6:7 hesabı ilə uduzub.

5-8-ci yerlər uğrunda matçda isə komandamız yerli “İsloç”a, ardınca Rusiya “Baltika”sına eyni – 1:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti