"Qarabağ"ın futbolçusunun zədəsi ciddi oldu, ili başa vurdu

2 Dekabr 2023 22:20 Qarabağ 1 364
"Qarabağ"ın futbolçusunun zədəsi ciddi oldu, ili başa vurdu

“Qarabağ”ın qapıçısı uzun müddətə sıradan çıxıb.

Söhbət komandanın gənc qolkiperi Amil Ramazanovdan gedir.

“Atlılar”ın 20 yaşlı oyunçusu Azərbaycan U-21 millisinin son toplanışında zədə alıb.

Kluba zədəli halda qayıdan Amil həkim müayinəsindən keçəndən sonra məlum olub ki, xəsarət ciddidir.

Onun böyük ölçüdə bu ili başa vurduğunu demək olar.

Əlavə edək ki, Ramazanov məhz bu səbəbdən Avropa Liqasının qrup mərhələsində “Molde” ilə bərabərliklə bitən (2:2) səfər oyununa aparılmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?