
Avropa Liqası qrup mərhələsinin "Molde" ilə matçında zədələnən "Qarabağ"ın legioneri Mateus Silvanın durumu bəlli olub.
Sportinfo.az xəbər verir ki, braziliyalı sağ cinah müdafiəçisinin zədəsi ciddi deyil.
26 yaşlı arxa xətt oyunçusu komanda ilə birlikdə məşqlərdə iştirak edir.
"Qarabağ" Mateus Silvanı ötən ay Bolqarıstanın "Lokomotiv" klubundan transfer edib. Futbolçu Ağdam təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.