“Darıxacam, onun gedişinin bizim üçün mənfi cəhətləri olacaq”

29 May 20:20 Qarabağ 3 240
“Darıxacam, onun gedişinin bizim üçün mənfi cəhətləri olacaq”

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Qarabağ”dan ayrılacağının dəqiqləşdiyi haqda xəbər vermişdik.

Onun illik 1 milyon dollar maaş müqabilində Asiya ölkəsinə – Tailandın “Buriram Yunayted” klubuna yollanacağı gözlənilir.

Sportinfo.az xəbər verir ki, bununla bağlı “Qarabağ”ın ın yarımmüdafiəçisi Elvin Cəfərquliyev fikirlərini bölüşüb:

“Komandadan futbolçu ayrılanda heyətdə yer alan digər futbolçular pis olur. Ramil üçün darıxacam.

O, oyunu ilə komandaya çox fayda verib. Onun gedişinin bizim üçün mənfi cəhətləri olacaq.

Amma inanıram ki, karyerası üçün ən yaxşı qərarı verəcək. Onun seçiminə hörmətlə yanaşıram.

Futbolda belə şeylər olur: bu gün burdasan, sabah isə başqa klubda”.

Xatırladaq ki, “köhlən atlar”la sözləşməsi iyunun 30-da sona çatacaq Şeydayev Ağdam təmsilçisindən getməyi düşünür.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu