"Qarabağ-2"nin iki gün öncə keçirilən məşqi zamanı futbolçu Şirxan Həsənzadənin səhhətində problemlər yaranıb.
Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, “Qarabağ-2” xoşagəlməz hadisənin komandanın digər oyunçularına da psixoloji cəhətdən təsirsiz ötüşməməsi səbəbindən I Divizionun XXVI turunda “Kəpəz-2”yə qarşı keçirəcəkləri matçın təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
“Qarabağ-2”nin müraciəti, “Kəpəz-2”nin razılığını nəzərə alan Peşəkar Futbol Liqasının İdarə heyətinin qərarı ilə 26 apreldə baş tutmalı olan görüşü təxirə salınıb.
Oyunun keçirilmə vaxtı ilə bağlı əlavə məlumat veriləcək.

