Yeni brend gəldi, Azərbaycan millisi Avropa çempionu oldu - FOTO

16:20 Bizimkilər 123
Yeni brend gəldi, Azərbaycan millisi Avropa çempionu oldu -  FOTO

Moldovanın paytaxtı Kişinyov şəhərində jurnalistlər arasında təşkil olunan minifutbol üzrə “Avropa Media Kuboku” turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, turnirdə 8 ölkəni — Azərbaycan, Moldova, Rumıniya, Macarıstan, İsrail, Gürcüstan, Latviya və Ermənistanı təmsil edən media komandaları mübarizə aparıblar.

Yarışın əsas məqsədi müxtəlif ölkələrin jurnalistləri arasında əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və idmanın təbliği olub.

Yarışın reqlamentinə əsasən yaşı qırxdan yuxarı üç veteran futbolçunun iştirakına icazə verildiyi turnir boyunca Azərbaycan komandası uğurlu çıxışı ilə diqqət çəkib.

A qrupunda yer alan komandamız keçirdiyi oyunlarda inamlı təsir bağışlayaraq qrup lideri kimi yarımfinal mərhələsinə yüksəlib.

Yarımfinalda Azərbaycan media komandası İsrail təmsilçiləri ilə üz-üzə gəlib. Bol qollu və maraqlı keçən qarşılaşmada komandamız rəqibini 6:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Final görüşündə isə Azərbaycan komandası turnirin ev sahibi olan Moldova yığması ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasında daha dəqiq oynayan Azərbaycan təmsilçiləri rəqibə 3:1 hesabı ilə qalib gələrək “Avropa Media Kuboku”nun qalibi olublar.

Bu, komandamızın son üç ildə qazandığı 2-ci çempionluğudur.

Beləliklə, Azərbaycan jurnalistlərdən ibarət komanda nüfuzlu beynəlxalq turnirdə uğurlu çıxış edərək çempionluq kubokunu başı üzərinə qaldırıb.
Turnirin sonunda qaliblərə kubok və medallar təqdim olunub, iştirakçılar xatirə şəkilləri çəkdiriblər.

Azərbaycan millisinin heyətində "Sportinfo"nun əməkdaşları İlkin Fikrətoğlu və Xanoğlan İmanov da yer alıb.

Turnirdə komandamıza AFFA, “YaaRa Tekstil” və Azfar Group” dəstək olub. Ölkənin yeni brendi olan “YaaRa Tekstil” komandanın geyim təhcizatını həyata keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti