SON DƏQİQƏ - FIFA “Qarabağ” barədə ŞOK QƏRAR verdi!

16:00 Qarabağ 412
SON DƏQİQƏ - FIFA “Qarabağ” barədə ŞOK QƏRAR verdi!

FIFA “Qarabağ” barədə şok qərar qəbul edib.

Saytımızın aldığı məlumata görə, dünya futbol qurumu Ağdam klubu transfer qadağası qoyub.

İsveçrədə mənzillənən təşkilatın qərarı qarşıdakı 3 transfer dövrünü əhatə eoəyir: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri.

Böyük ehtimalla, bu, ”köhlən atlar”ın vidalaşdığı legionerlərdən birinin şikayəti əsasında çıxarılmış qərardır. Hər halda araşdırılması ciddi məsələdir və biz bunu diqqət mərkəzində saxlayacağıq.

Yeri gəlmişkən, FİFA ”Neftçi”yə tətbiq etdiyi transfer qadağasını dünən götürüb. Dünya futbol qurumu bununla bağlı “ağ-qaralar“a bildiriş göndərib.

Klubdan verilən rəsmi məlumata görə, problem transfer ödənişinin texniki səbəbdən gecikdirilməsindən qaynaqlanıb.

Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir.

Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır.

Bakılılar həmin öhdəliyi yerinə yetirdiyindən, məsələ çox da böyüməyib, elə ilk mərhələdəcə həllini tapıb.

“Neftçi”nin cəzalanmasının səbəbkarı Alessio Kurçidir. Ötən ilin yayında Belçikanın ikinci liqa klubu “Frank Borains”dən alınan lüksemburqlu hücumçu üçün tələb olunan vəsait vaxtında ödənilməyib.

Bu isə sözügedən klubun şikayət etməsinə və bakılıların cəzalanmasına səbəb olub.

Ölkəsinin əsas millisinin də üzvü olan forvard “Neftçi” ilə 3 illik müqavilə imzalayıb. Onun transfer haqqı təxminən 200 min avro olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti