Yox, bu "Qarabağ" o "Qarabağ" deyil.
O dediyimiz "Qarabağ" da elə bu "Qarabağ"dı.
Sadəcə özünə bənzəmir.
Eyni heyət, eyni liqa, amma fərqli yanaşma.
Ağdamlılar heç cür Çempionlar Liqasındakı fantastik mövsümdən ayrıla bilmədi.
Aylar ötüb, amma psixoloji boşluq dolmur.
Mental hazırlıq yerində deyil.
"Atlılar" bu dəfə də "Qəbələ"də qələbə qazana bilmədi.
Qurban Qurbanov daha belə nəticələrə üzülmür.
Bezib Kevin Medina başda olmaqla əksər oyunçuların hər oyun səhvləri ipə düzməsinə.
Sadəcə dua edir ki, karyerasının ən böyük uğurunu əldə etdiyi mövsüm başa çatsın.
Bitsin bu məşəqqət.
Ki, ürəyi burada olmayan, havada olan hər kəsə qapını göstərib, yeni komandasını qursun.
XANOĞLAN / SPORTİNFO.AZ

