“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos son oyunda madridlilərin “Barselona”ya 0:2 hesabı ilə uduzmasını şərh edib.
Alvaro Arbeloanın rəhbərlik etdiyi komanda La Liqanın 35-ci turunda “Kamp Nou”da keçirilən matçda məğlub olub.
Kataloniyalılar bu qələbə sayəsində tarixdə ilk dəfə “el klasiko” matçından sonra erkən çempionluğu rəsmiləşdiriblər.
Sportinfo.az “Madrid Zone”-ya istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu bunları deyib:
“Əvvəllər heç vaxt bu qədər az ümidim olmamışdı. Sadəcə, matçın bitməsinə sevinirdim.
Hətta “Barselona”nın daha güclü olduğu illərdə belə, onların qələbəsinə bu qədər əmin olmamışdım”.
“Real” La Liqanın son üç turuna “Barselona”dan 14 xal geri qalmaqla, turnir cədvəlinin ikinci pilləsində daxil olur.

