Baş məşqçi ilə yeni müqavilə barədə şifahi razılıq əldə etdilər - “Barselona”

10:20 İspaniya 120
Baş məşqçi ilə yeni müqavilə barədə şifahi razılıq əldə etdilər - “Barselona”

“Barselona” baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə barədə şifahi razılıq əldə edib.

Sportinfo.az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, tərəflər arasında yeni sözləşmə yaxın günlərdə rəsmiləşdiriləcək.

Yeni müqavilənin müddəti 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulub. Sənəddə həmçinin müəyyən hədəflər yerinə yetirildiyi təqdirdə müqavilənin daha bir il – 2029-cu ilə qədər uzadılması bəndi də yer alıb.

61 yaşlı almaniyalı mütəxəssis 2024-cü ilin yayından Kataloniya təmsilçisini çalışdırır.

Ümumilikdə, Flikin dövründə “Barselona” artıq 5 titul (İkiqat İspaniya çempionu, İkiqat İspaniya Superkuboku, İspaniya Kral Kuboku – red.) qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti