Final qarşılaşmasına təyinatlar - Çempionlar Liqasında

Final qarşılaşmasına təyinatlar - Çempionlar Liqasında

Çempionlar Liqasının final qarşılaşmasının hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, PSJ və “Arsenal” arasında keçiriləcək həlledici oyun Almaniyadan olan hakimlər briqadasına həvalə edilib.

Final matçında baş hakim funksiyasını Daniel Zibert yerinə yetirəcək. Ona VAR (Video Köməkçi Hakim) otağında həmyerlisi Bastian Dankert köməklik göstərəcək.

Çempionlar Liqasının böyük finalı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə yerləşən “Puşkaş Arena”da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti