Rəşad Sadıqovu qayğılandıran hadisə - Biri gəldi, biri getdi

16:40 Zirə 286
Rəşad Sadıqovu qayğılandıran hadisə - Biri gəldi, biri getdi

İki gündən sonra Azərbaycan kubokunun final qarşılaşması baş tutacaq.

“Sabah” “Neftçi”yə məxsus “Palms Sports Arena”da nominal meydan sahibi qismində “Zirə” ilə qarşılaşacaq.

Bu gün sözügedən stadionun meydanında zirəlilərin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi baş tutub.

Baş məşqçi Rəşad Sadıqov hazırlığın ilk 15 dəqiqəsində komanda üzvlərini başına yığaraq onlarla ayaqüstün söhbət edib.

44 yaşlı çalışdırıcı futbolçulara bu oyunun əhəmiyyətindən söz açıb, böyük kütlə qarşısında futbol tamaşası xarakteri daşıdığını bildirib.

15 dəqiqəlik müşahidəyə əsasən kollektivdə əhval-ruhiyyənin yüksəl olduğunu demək mümkündür. Futbolçuların bir-biri ilə zarafatlaşması, fiziki təmrinləri gülə-gülə yerinə yetirməsi qarşılaşmaya pozitiv notda yanaşmasından xəbər verirdi.

Yaydan bu yana zamanını zədəsinin müalicəsinə ayıran Abdul Aziz Batibie kollektivə qoşulub. 18 yaşlı toqolunun əhəmiyyətli görüşdə meydana çıxması inandırıcı görünmür.

Əvəzində, Enrike Kustodio finalda mübarizə apara bilməyəcək. Zədələnən braziliyalı müdafiəçi üçün mövsüm erkən başa çatıb.

Mayın 13-də keçiriləcək “Sabah” – “Zirə” dueli saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti