Yəqin ki, Qurban Qurbanovun onunla işi olmaz, digərlərini isə

16:05 Qarabağ 195
Yəqin ki, Qurban Qurbanovun onunla işi olmaz, digərlərini isə

«Qarabağ» Qəbələyə bu mövsüm etdiyi ikinci səfərdən xala döndü.

Dekabrdan fərqli, maydakı bu xal 3 olmadı, 1 oldu.

Onda «Qarabağ»ın bəxti gətirmişdi. Dünən isə bəxtləri həm gətirdi, həm gətirmədi.

Mateuş Koxalski Premyer Liqanı arzulayır. Yatanda da yuxusunda İngiltərəni görür.

Amandır, «Qarabağ» polşalını buraxmasın! O, Azərbaycana gəlib-getmiş ən yaxşı qapıçıdır. Koxalski gedərsə, «Qarabağ»ı Aşqabadın aqibəti gözləyir.

Batacaqlar.

Koxalski Qəbələdə «oyun» çıxartdı. Sözün bütün mənalarında. «Qəbələ»nin yaratdığı saysız qol epizodlarının bir çoxunun qarşısını təkbaşına kəsdi.

O qədər qurtarış etdi, saymaqdan barmaqlarım keyidi, qələmimin mürəkkəbi qurudu.

«Qarabağ» bu müdafiə xətti ilə uğursuzluğa məhkumdur.

Mateus Silvayla, yəqin ki, Qurban Qurbanovla işi olmaz. Kevin Medina daxil, digər arxa xətt oyunçularını iyunun əvvəlində düşərgədən xaric etsə, heç kim gözünü döyməsin.

Müdafiə fazası tökülür «Qarabağ»ın, biabırçılıqdır!

İlk hissədə pis deyildi «Qarabağ». Fasilədən sonra isə yenə pis deyildilər, lap pis idilər. Toral Bayramovun qaçırdığı penalti ilə haqqın nizamı pozulmadı, tərəzi öz mvazinaıtın düz saxladı.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti