Qurban Qurbanovun xoşuna gəlməyən oyunçulara “Qarabağ”da yeni QADAĞA QOYULDU!

13:00 Qarabağ 289
Qurban Qurbanovun xoşuna gəlməyən oyunçulara “Qarabağ”da yeni QADAĞA QOYULDU!

Bir müddət əvvəl «Qarabağ»ın əsas komandasından uzaqlaşdırılan Elvin Cəfərquliyev və Abbas Hüseynova yeni qadağa tətbiq olunub.

Onlar artıq klubun Suraxanıda yerləşən bazasına gələ və fərdi məşq edə bilməzlər. Bu göstəriş Qurban Qurbanovdan gəlib.

Baş məşqçi nizam-intizam kodeksini dəfələrlə kobudcasına pozmuş futbolçuların daha onun qarşısına çıxmasını istəmir.

«Kimi görsəm də, onları gözüm görməsin» həddinə çatan təcrübəli mütəxəssisin yanaşması təbii qəbul olunmalıdır.

Oyunçular dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, hərəkətlərinə çəki-düzən verməyibsə, Qurbanov daha neyləməlidir?

Sərt cəza tədbiri seçilməlidir ki, digərlərinə də dərs olsun, hədlərini aşmasınlar.

Elvin üç həftə öncə «köhlən atlar»ın əsas komandasından kənarlaşdırılıb. Buna səbəb onun Abbasla birlikdə kef məclisi təşkil etməsidir.

Belə ki, cütlük «Şamaxı» ilə 0:0 bitən səfər matçından sonra əyləncə gecəsi keçirib.

Restoranda başlayan «mərəkə» daha sonra oteldə davam edib. Qurban Qurbanov hadisədən xəbər tutunca, onları əvəzedici heyətə göndərib.

Hüseynovun müqaviləsi 1 ay sonra başa çatacaqsa, Cəfərquliyev 2027-ci ilin yayınadək «Qarabağ»a məxsusdur.

Son ölkə çempionu Abbasla kontraktın müddətini uzatmayacaqsa, Elvinin taleyi gələcək dəvətlərdən asılıdır.

Mövsüm hələ davam etdiyindən, «Qarabağ» onu rəsmən transferə çıxarmayıb. Ancaq eyni zamanda, rəsmilər menecerlərin diqqətinə çatdırıb ki, təklif olarsa, nəzərdən keçirməyə hazırdırlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti