“Bir neçə təklifi də dinləyəcəm və sonra yekun qərar verəcəm”

01:30 İspaniya 69
“Bir neçə təklifi də dinləyəcəm və sonra yekun qərar verəcəm”

“Barselona”nın hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı forvard karyerasını davam etdirmək niyyətində olduğunu bildirib:

“Daha aşağı səviyyəli liqada oynamaq variantı mümkündür. Demək olar ki, 38 yaşım var, amma fiziki baxımdan özümü çox yaxşı hiss edirəm. Buna görə də, müxtəlif variantları nəzərdən keçirirəm.

Artıq həyatdan zövq almağın vaxtı çatdığını da nəzərə almalıyıq. Belə bir seçim ortaya çıxa bilər və mən bunu istisna etmirəm.

Müqaviləmin müddətinin başa çatmasına 51 gün qalıb, buna görə, qərar vermək üçün vaxtım var. Bir neçə təklifi də dinləyəcəm və sonra yekun qərar verəcəm.

Hazırda olduğum yeri çox qiymətləndirirəm və burada olmaqdan məmnunam. Gələcəkdə nə olacağını görəcəyik, amma bir şey dəqiqdir, mən oynamağa davam edəcəm!”

Levandovski cari mövsümdə La Liqada keçirdiyi 28 oyunda 13 qol vurub və 2 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti