Premyer Liqanın qalibi adını “Sabah” qazandı.
“Qarabağ”la keçən gərgin mübarizədə “tələbələr” haqq etdiyi çempionluğa qovuşdu.
“Qızıl” rəsmiləşsə də, çempionluq kuboku hələ ki, komandaya təqdim olunmayıb.
Bunun üçün mövsümün sonunu gözləmək lazımdır.
Maraqlıdır ki, Masazır təsmilçisi sonuncu tuirda Tovuza səfər edərək “Turan Tovuz”un qonağı olacaq. Belə olacağı təqdirdə kubok və medallar bölgədə təqdim olunmalıdır.
Digər ehtimal isə təltifetmənin “Bank Respublika Arena”da keçirilməsidir ki, “Sabah” cari mövsümdə sonuncu ev görüşünü “Neftçi”yə qarşı keçirəcək.
Əldə etdiyimiz məlumata görə, Peşəkar Futbol Liqası çempionluq kubokunu və medalları “Sabah”a mayın 17-də, yəni “Neftçi”ylə oyundan sonra vermıəyi planlaşdırır.
Bunun bağlı müzakirələr aparılıb, qərar qəbul olunub. Son anda ortaya hansısa əmma çıxmasa, “tələbələr” Tovuza kubok və medallarla yollanacaq.
HƏBİB / SPORTİNFO.AZ

