Bəhlul Mustafazadə təxminən 3 aylıq fasilədən sonra yaşıl meydanlara qayıdıb.
Düzdü, müdafiəçi rəsmi oyuna çıxmayıb, amma komandanın məşqlərində iştirak edib.
Klubun sosial şəbəkə hesabında məşqdən çəkilən fotolarda onu da görmək mümkündür.
İzləyicilər 29 yaşlı oyunçunun qayıdışına səssiz qalmayıblar.
Yazdıqları şərhlərdə sevinclərini ortaya qoyublar.
Təcrübəli oyunçunun ünvanına xoş sözlər səsləndiriblər.
Mustafazadə fevralın 18-i Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la Bakıda baş tutan ilk matçın 22-ci dəqiqəsində ağır zədə alaraq meydanı erkən tərk etməli olmuşdu.
O, ÇL-in əvvəlki 14 görüşünün hamısında 9 dəqiqə meydanda olub.
Əla mövsüm keçirən millimizin üzvü ümumilikdə bu sezon meydana çıxdığı 24 qarşılaşmada 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

