“Neftçi” rəhbərliyi İzmirə yollandı

20:40 Digər növlər 108
“Neftçi” rəhbərliyi İzmirə yollandı

“Neftçi” İdman Klubunun nümayəndə heyəti icraçı direktor Fərəc Əliyevin rəhbərliyi ilə Türkiyənin İzmir şəhərinə səfər edərək Aliağa Petkim Spor Klubu ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

Keçirilən görüşlər çərçivəsində tərəflər əsasən basketbol idman növü üzrə inkişaf perspektivləri, birgə təlim-məşq toplanışlarının təşkili, gənc idmançıların hazırlanması və digər müvafiq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Səfər nəticəsində iki klub arasında gələcəkdə birgə layihələrin icra edilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və münasibətlərin davamlı inkişafı barədə razılıq əldə olunub.

Bu səfər “Neftçi” İdman Klubunun beynəlxalq nüfuzunun daha da yüksəldilməsi və Azərbaycan idmanının xaricdə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti