Transfer qadağası ilə üzləşən “Qarabağ“dan açıqlama: “Heç kimə borcumuz yoxdur“

17:40 Qarabağ 216
Transfer qadağası ilə üzləşən “Qarabağ“dan açıqlama: “Heç kimə borcumuz yoxdur“

“Bizim bundan xəbərimiz yoxdur”.

“Qarabağ”dan Sportinfo.az-a verilən açıqlamada belə deyilib.

Bir qədər öncə xəbər verdiyimiz kimi, FIFA “Qarabağ” barədə şok qərar qəbul edib.Saytımızın aldığı məlumata görə, dünya futbol qurumu Ağdam klubu transfer qadağası qoyub.

İsveçrədə mənzillənən təşkilatın qərarı qarşıdakı 3 transfer dövrünü əhatə eoəyir: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri.

Böyük ehtimalla, bu, ”köhlən atlar”ın vidalaşdığı legionerlərdən birinin şikayəti əsasında çıxarılmış qərardır.

Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir.

aytımıza verilən açıqlamada bunlar qeyd olunub:

“Biz bunu araşdıracaq. Hazırda heç bir futbolçuya borcumuz yoxdur.

Ola bilər, burada hansısa texniki xəta var. Çünki indiyədək “Qarabağ“da heç vaxt belə bir problem olmayıb“.

Yeri gəlmişkən, FİFA ”Neftçi”yə tətbiq etdiyi transfer qadağasını dünən götürüb. Dünya futbol qurumu bununla bağlı “ağ-qaralar“a bildiriş göndərib.

Klubdan verilən rəsmi məlumata görə, problem transfer ödənişinin texniki səbəbdən gecikdirilməsindən qaynaqlanıb.

Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır.

Bakılılar həmin öhdəliyi yerinə yetirdiyindən, məsələ çox da böyüməyib, elə ilk mərhələdəcə həllini tapıb.

“Neftçi”nin cəzalanmasının səbəbkarı Alessio Kurçidir. Ötən ilin yayında Belçikanın ikinci liqa klubu “Frank Borains”dən alınan lüksemburqlu hücumçu üçün tələb olunan vəsait vaxtında ödənilməyib.

Bu isə sözügedən klubun şikayət etməsinə və bakılıların cəzalanmasına səbəb olub.

Ölkəsinin əsas millisinin də üzvü olan forvard “Neftçi” ilə 3 illik müqavilə imzalayıb. Onun transfer haqqı təxminən 200 min avro olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti