“Qarabağ”ın idarəçisi:  “FİFA-nın qoyduğu transfer qadağası bizə çox müəmmalıdır”

19:00 Qarabağ 173
“Qarabağ”ın idarəçisi:  “FİFA-nın qoyduğu transfer qadağası bizə çox müəmmalıdır”

«Bu məsələ hələ də bizə qaranlıq qalıb, ona görə də iki gün qabaq FİFA-ya sorğu göndərmişik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın İdarə Heyətinin aparıcı üzvü Asif Əsgərov deyib.

Məlum olduğu kimi, FIFA “Qarabağ”a transfer qadağası tətbiq edib.

Qərara əsasən, klub növbəti üç transfer pəncərəsi ərzində yeni oyunçu qeydiyyata ala bilməyəcək: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri.

Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir.

Ağdam təmsilçisi bununla bağlı artıq dünya futbol qurumuna rəsmi sorğu göndərib. Burada qərarın səbəbinin dəqiqləşdirilərək onlara məlumat verilməsi istənilib:

Təcrübli idarəçini dinləyək:

«Yəqin ki, ən qısa müddətdə bizi cavabla tanış edəcəklər. «Qarabağ»ın heç bir futbolçuya borcu yoxdur.

Kimlərlə yollarımızı ayırmışıqsa, hamısının pulunu ödəmişik. Bu mənada «Qarabağ» həmişə örnək olub.

Biz belə məsələlərə daim diqqətlə yanaşmışıq. Odur ki, FİFA-nın qoyduğu qadağa bizə çox müəmmalıdır.

Böyük ekhtimalla, bu, hansısa xırda texniki səhvdən qaynaqnanan qərardır.

FİFA-nın belə bir qaydası var: transfer olunan gənc futbolçunun yetişdirmə haqqı ödənilməlidir. Bu məbləğ ödənilən məbləğin 5 faizini təşkil edir.

Əvvəl həmin vəsait futbolçunu yetişdirən klubun və ya klubların birbaşa öz hesabına köçürülürdü. FİFA vaxt verirdi ki, bu məbləği iki il ərzində ödəyəsən.

Artıq həmin qayda dəyişib. FİFA o ödəməni «həmrəylik» devizi altında özü toplayır, sonra da klublara köçürür.

Güman edirəm ki, üzləşdiyimiz problemin içindən elə bu məsələ çıxacaq. Biz bütün ödəmələri etmişik, ola bilsin, bəzisi hələ öz ünvanına çatmayıb.

Yenə də araşdıracağıq. Mənə elə gəlir ki, qadağa tezliklə aradan qaldırılacaq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti