Tələbləri yerinə yetirilmədi, baş məşqçi postundan ayrılmaq qərarı verdi - SON  DƏQİQƏ

18:00 Kəpəz 337
Tələbləri yerinə yetirilmədi, baş məşqçi postundan ayrılmaq qərarı verdi - SON  DƏQİQƏ

Ötən ilin oktyabrında «Kəpəz»ə qayıtmış Azər Bağırov buradakı işi ilə bağlı qərarını verib.

O, mayın sonunda Gəncə təmsilçisiylə vidalaşmağı lazım bilib.

«Sarı-göylər»i Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsindən gəlmiş mütəxəssisin belə fikrə düşməsi səbəbsiz deyil - növbəti mövsümə aid irəli sürdüyü müqavilə şərtləri rəhbərlik tərəfindən qəbul görməyib.

Başçılıq etdiyi məşqçi korpusunun maaş fondunun, həmçinin transfer büdcəsinin artırılmasını istəyən çalışdırıcı «hə» cavabı almayıb. Üstəlik, ona «bir müddət gözlə, hələ çox şey bilinmir» mesajı verilib.

Yaranmış qeyri-müəyyənliyin uzana biləcəyindən ehtiyatlanan Bağırov klubun ayrı-ayrı rəsmiləri, eləcə də sıravi əməkdaşlarıyla söhbətində «Kəpəz»də qalmayacağını söyləyib.

Qeyd edib ki, o, daha mövcud şərtlər daxilində işləməkdən yorulub, özünü başqa yerdə sınamaq niyyətindədir.

Nizami yurdunun təmsilçisi 31 tur ərzində 27 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində «mənzillənib». Əldə olunan xalların hamısı Azər Bağırovun vaxtında toplanıb.

Onadək Adil Şükürov 8 tur komandanı çalışdırıb və məğlubiyyətdən savayı nəsə görməyib. Bu üzdən rəhbərlik 2025-ci ilin mayında yola saldığı mütəxəssisi 5 ay sonra geri qaytarmalı olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti