“Barselona”nın sabiq futbolçusu Xavyer Maskerano keçmiş komandası ilə bağlı açıqlama verib.
Argentinalı sabiq yarımmüdafiəçi, “Atletiko”nun hücumçusu Xulian Alvaresin Kataloniya klubuna mümkün transferini yüksək qiymətləndirib.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, Maskerano bu barədə açıqlamasında belə deyib:
“Alvares kimi bir futbolçunu “Barselona”da görmək çox yaxşı olar. Orada daha bir argentinalı oyunçunun olması xüsusilə, bizim üçün çox xoş olardı.
Öz ölkəndən birini orada görəndə özünü daha yaxşı hiss edirsən”.
Argentinalı forvardın “Barselona”ya mümkün keçidi son həftələrdə Avropa mətbuatında geniş müzakirə olunur. Ancaq transferin baş tutması Madrid klubunun yüksək maliyyə tələblərinə görə çətin görünür.
Maskerano 2010–2018-ci illərdə “Barselona”da çıxış edib və 2020-ci ildə peşəkar futbolçu karyerasını başa vurub.
Alvares isə hazırda Avropanın ən çox maraq doğuran hücumçularından hesab olunur və “Barselona”nın əsas transfer hədəflərindən biri kimi göstərilir.

