İşindən ayrılacağı dəqiqləşən baş məşqçi özünü iki yerli kluba təklif etdi - SON DƏQİQƏ

10:40 Gündəm 275
İşindən ayrılacağı dəqiqləşən baş məşqçi özünü iki yerli kluba təklif etdi - SON DƏQİQƏ

«İmişli»nin baş məşqçisi Jorj Kaşkilya Azərbaycandan ayrılmaq istəmir.

Ötən ilin iyunundan bəri ölkəmizdə çalışan portuqaliyalının bütün planları ölkəmizlə bağlıdır.

O, menecerlər vasitəsilə Premyer Liqanın iki klubu ilə əlaqə yaradıb. 53 yaşlı çalışdırıcı öz xidmətini «Kəpəz» və «Araz-Naxçıvan»a təklif edib.

Bura gələnədək Çexiyanın üçüncü liqasında işləmiş Kaşkilya «İmişli» ilə yeni müqavilə imzalamayacağını onların diqqətinə çatdırıb.

Səbəb rəhbərliklə arasında yaranan fikir ayrılığını göstərib. Bildirib ki, onun kontrakt şərtləri qəbul görməyib. Avropalı sükançı özünün və köməkçilərinin maaşının artırılmasını istəyib, əvəzində «yox» cavabı alıb.

«İmişli» elitada keçirdiyi ilk mövsümdə qarşısına qoyulan hədəfə çatıb. Debütant 30 turdan sonra turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb və liqada yerini qoruyub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti