“Bu, bizi həm geri saldı, həm də çox yordu”

00:50 Kəpəz 110
“Bu, bizi həm geri saldı, həm də çox yordu”

“Qol vurduğum üçün xoşbəxtəm, amma əsas olan 3 xalı qazanmağımızdır.

Biz hər zaman komanda oyunu sərgiləməyə çalışırıq. Komandamızda oyun hansısa bir futbolçunun üzərində qurulmur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Rəhman Hacıyev deyib.

32 yaşlı yarımmüdafiəçi “Sabah” üzərində qazanılan 1:0 qələbənin komanda üçün böyük əhəmiyyət daşıdığını söyləyib:

“Bu oyun bizim üçün çox vacib idi. Premyer Liqada qalmaq üçün xallara ciddi ehtiyacımız var.

Autsayderlər sırasında yer alan komandalar üçün hər xal həyati önəm daşıyır. Ardıcıl 4 məğlubiyyət bizi həm turnir cədvəlində geriyə saldı, həm də psixoloji baxımdan çox yordu.

Belə vəziyyətdən çıxmaq asan deyil. Üstəlik, mövsümün çempionuna qarşı oynayırdıq və bunun nə qədər çətin olduğunu hamı bilirdi.

Buna baxmayaraq, meydandan qələbə ilə ayrıldıq. Buna görə komanda yoldaşlarıma və baş məşqçimizə təşəkkür edirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti