“Hazırda bu suala dəqiq cavabım yoxdur, narahatlıq qalmazsa...”

00:20 İspaniya 94
“Hazırda bu suala dəqiq cavabım yoxdur, narahatlıq qalmazsa...”

“Real”ın baş məşqçisi Alvaro Arbeloa komandanın hücumçusu Kilian Mbappenin sağlamlıq durumu ilə bağlı açıqlama verib.

Madrid klubu La Liqanın 35-ci turunda “Barselona”ya məğlub (0:2) olaraq, çempionluq şanslarını itirib.

Qarşılaşmadan sonra əsas müzakirə mövzularından biri Mbappenin zədəsi olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Arbeloa, fransalı futbolçunun mövsümün sonunadək qayıdıb-qayıtmayacağı ilə bağlı dəqiq cavab verməyib:

“Hazırda bu suala dəqiq cavabım yoxdur. Narahatlıq qalmazsa, bu mövsüm onu yenidən meydanda görə bilərik. Mən istərdim ki, o, tam sağalsın və start heyətində oynasın”.

Daha əvvəl məlum olub ki, 27 yaşlı forvard budun arxa əzələsində (hamstrinq) problem səbəbindən “Barselona” ilə oyunu buraxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti