Məlum olduğu kimi, FIFA mayın 8-də “Qarabağ”a transfer qadağası tətbiq edib.
Qərara əsasən, klub növbəti üç transfer pəncərəsi ərzində yeni oyunçu qeydiyyata ala bilməyəcək: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri.
Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir.
Ağdam təmsilçisi bununla bağlı dünya futbol qurumuna rəsmi sorğu göndərib. Burada qərarın səbəbinin dəqiqləşdirilərək onlara məlumat verilməsi istənilib:
Aradan 4 gün keçsə də, FİFA hələ «köhlən atlar»ın sorğusuna cavab verməyib.
Klubdan saytımıza bildirilib ki, onlar əslində heç nədən narahat deyillər. Çünki qadağanın kiçik anlaşılmazlıq üzündən tətbiq olunduğunra əmindilər.
«Qarabağ» rəhbərliyi bu fikirdədir ki, proses yaxın 1-2 gün ərzində tamamlanacaq və yeni transfer əməliyyatlarına qoyulan «stop» götürüləcək.
SPORTİNFO.AZ

