Azərbaycanlı baş məşqçi 1 il Rusiyaya gedib-gəldi, istəyinə çatdı - FOTOLAR

15:00 Futzal 913
Azərbaycanlı baş məşqçi 1 il Rusiyaya gedib-gəldi, istəyinə çatdı - FOTOLAR

Yüksək Liqada mübarizə aparan “Baku Fire” futzal klubunun sükançısı Teymur Eyvazov UEFA-nın «B» kateqoriyalı məşqçi lisenziyasını alıb.

Bu barədə Sportinfo.az-a mütəxəssisin özü məlumat verib.

Uzun illərdir paytaxt təmsilçisində uğurla fəaliyyət göstərən gənc çalışdırıcı deyib:

«UEFA nın futzal seminarlarında oxumağı çox istəyirdim. Azərbaycanda hələlik futzal seminarları keçirilmədiyi üçün xaricdəki kurslarla maraqlanırdım.

Elə oldu ki, Rusiyada oxumaq imkanım oldu və məni ora qəbul elədilər. Seminar 4 modul imtahan və müdafiədən ibarət idi.

Kurs ümumilikdə 1 il çəkdi və bu müddət ərzində 5 dəfə Moskvada oldum.

Seminara sonradan oyunları, məşqləri analiz eləmək üçün məşqçilərə xüsusi futsal proqramları ilə işləmək əlavə olundu və bu, onlayn formatda keçirildi.

Rusiya futzal ölkəsidir və bu idmanın inkişafı üçün orada böyük işlar görülür. Seminarlaraa maraq çox böyükdür, çünki futzal lisenziyası olmadan nə Superliqada, nə də Yüksək Liqada baş məşqçi kimi işləmək olar.

Bütün dərslər mənim üçün çox maraqlı idi. Dərslərdə müasir futzal, onun keçdiyi inkişaf yolu, hazırlıq prossesləri, məşqçilərin rolu, qapıçıların rolu, uşaq futzalı, psixologiya, zədələr - demək olar bütün sahələr üzrə geniş mühazirələr və praktiki məşqlər oldu.

Bütün bunlar Rusiyanın tanınmış futzal mütəxəssisləri tərəfindən keçirildi. Müxtəlif futzal akademiyaları ora praktiki məşqlər üçün dəvət olunurdu.

Seminarı uğurla başa vurduğum üçün çox şadam, üzərimdə əməyi olan hər kəsə minnətdaram.

Klubumuzun rəhbərliyinə təhsilimin bütün maliyyə xərclərini öz öhdəsinə götürdüyü üçün təşəkkür edirəm. Mən bu sertifikatı «Baku Fire»ın daha bir uğuru sayıram».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti