Çempionlar Liqasının finalında oynaya biləcək?

Çempionlar Liqasının finalında oynaya biləcək?

PSJ-nin müdafiəçisi Əşrəf Hakiminin mayın 30-da “Arsenal”la keçiriləcək Çempionlar Liqasının finalında iştirak edəcəyi gözlənilir.

Futbolçu omba nahiyəsindəki zədə səbəbindən yarımfinalda “Bayern”lə cavab oyununu (1:1) buraxmalı olmuşdu.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu, həmçinin, daha əvvəl bud zədəsi səbəbindən bir neçə həftəlik sıradan çıxan qapıçı Luka Şevalyenin də final oyununda iştirak edə biləcəyinə nikbin yanaşır.

Bundan əlavə, PSJ-dən müdafiəçilər Villian Paço, Nuno Mendeş və yarımmüdafiəçi Uorren Zair-Emerinin zədələrinin ciddiliyi ilə bağlı narahatlığa heç bir səbəb olmadığı da bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti