“Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo cari mövsüm haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, çətinliklərə baxmayaraq, çox şey öyrəndiyini söyləyib:
“Mənim üçün çətin mövsüm oldu, amma hiss edirəm ki, çox şey öyrənmişəm. Yetkinləşmişəm və özümü xoşbəxt hiss edirəm”.
Kataloniya klubu növbəti dəfə İspaniya çempionluğunu qazanıb, lakin mövsüm uruqvaylı futbolçu üçün asan keçməyib.
O, hətta 2025-ci ilin sonunda psixoloji problemlər səbəbindən məcburi məzuniyyətə getməli olub.
“Barselona” bazar günü evdə “Real”ı 2:0 hesabıyla məğlub edərək, çempionluğu təmin edib.

