Hazırda “Benfika”nı çalışdıran Joze Mourinyonun “Real”a qayıdışı gündəmdədir.
Sportinfo.az “Cope”-yə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin yenidən Madridə gəlişi artıq həll olunmuş məsələdir.
“Real” mövsüm başa çatdıqdan dərhal sonra Mourinyonun təyinatını rəsmən açıqlayacaq. “Kral klubu”nun son oyunu mayın 24-də “Atletik”ə qarşı olacaq.
Madrid təmsilçisi artıq La Liqada çempionluq şansını itirib. Komanda dünən “Barselona”ya səfərdə 0:2 hesabı ilə məğlub olub və bu nəticə kataloniyalıların çempionluğunu vaxtından əvvəl təmin edib.
Mourinyo hazırkı baş məşqçi Alvaro Arbeloanı əvəz edəcək. Onun Madrid təmsilçisinə keçidi üçün təxminən 6 milyon avro kompensasiya ödəniləcək.
Mourinyo daha əvvəl 2010-2013-cü illərdə “Real”da baş məşqçi kimi çalışıb.


