“Yaxşıdır” - “Neftçi”nin “11 nömrə”si qiymət verdi

09:20 Neftçi 132
“Yaxşıdır” - “Neftçi”nin “11 nömrə”si qiymət verdi

“Çətin rəqibə qarşı oynayırdıq.

Bilirdik ki, oyuna sürətli başlamalı və erkən qol vurmalıyıq.

Elə də alındı: İlk dəqiqədə hesabı açdıq və bundan sonra oynamaq daha rahat oldu”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin fransalı legioneri İmad Faraj evdə “Şamaxı”ya 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 31-ci tur matçı haqda deyib.

İkinci qolu vuran 27 yaşlı yarımmüdafiəçinin fikrincə, hesab bundan da böyük ola bilərdi:

”Düşünürəm ki, daha böyük hesabla - 4:0 və ya 5:0 hesabı ilə də qalib gələ bilərdik. Amma nəticə yaxşıdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti