“İntizamı qorusaq, çempion olmaq üçün böyük şansımız var”

01:00 Bizimkilər 142
“İntizamı qorusaq, çempion olmaq üçün böyük şansımız var”

"Qırğızıstanda işlərim yaxşı gedir.

Komanda yaxşı nəticələr göstərir və son oyunumuzu evdə rahatlıqla qazanmışdıq.

Bu, bizim üçün böyük nəticədir. Hazırda komanda daxilində özünəinam hissi var və biz oyundan-oyuna bu impulsu artırmağa, inkişaf etdirməyə çalışırıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Qırğızıstanın “Ozgon” klubunun üzvü İldar Alekperov deyib.

Asiyada legioner həyatı yaşayan yarımmüdafiəçi komandasının Qırğızıstan çempionluğunun reallığından bəhs edib:

"Mövsümə yaxşı başladıq və bir müddət birinci yerdə idik, amma sonra bir az gerilədik. Qazanmalı olduğumuz bəzi oyunlarda xal itirdik, sıx qrafik və kiçik səhvlər isə öz təsirini göstərdi.

Mövsüm irəlilədikcə bu, normal bir prosesdir. Komanda hazırda dördüncü yerdədir, amma liderliyə yaxınıq və hər şey öz əlimizdədir. Əsas məsələ bundan dərs çıxarmaq, ardıcıllığı bərpa etmək və yenidən liderlik uğrunda mübarizə aparmaq üçün çalışmağa davam etməkdir. Bəli, mövsümün sonuna qədər çempionluq uğrunda mübarizə aparmaq üçün yüksək keyfiyyətli heyətimiz var. Komandada həm təcrübəli oyunçular, həm də enerji verən gənc oyunçular var. Ən əsası ardıcıllığı qorumaq, əsas oyunlarda xal itirməmək və vahid şəkildə işləməkdir. Diqqətimizi və intizamı qorusaq, çempion olmaq üçün böyük şansımız var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti