“Elə təəssürat yaranıb ki, sanki “Qarabağ” yoxa çıxıb“

09:40 Qarabağ 140
“Elə təəssürat yaranıb ki, sanki “Qarabağ” yoxa çıxıb“

“Şəxsən mən belə düşünmürəm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ“ın müdafiəçisi Kevin Medina deyib.

Kolumbiyalı legioner “azarkeşlərin görməyə alışdığı “Qarabağ” nə vaxt qayıdacaq“ sualına cavabında aşağıdakıları söyləyib:

“Qarabağ” heç yerə getməyib, olduğu yerdədir. Çempionlar Liqasında göstərdiyimiz oyun və qazandığımız nəticələrdən sonra “Qarabağ”ın adı tək Avropada yox, dünyada hörmətlə çəkilir.

Avropanın üzdə olan klublarını Azərbaycana gətirdik. Hər şey yaxşıdır, qaydasındadır.

Sadəcə, çempion ola bilmədik. Və bununla e lə təəssürat yaranır ki, sanki “Qarabağ” yoxa çıxıb“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti