“Barselona”nın sabiq müdafiəçisi Samuel Umtiti “Real”dakı son vəziyyətlə bağlı sərt fikirlər səsləndirib.
Madrid klubu La Liqanın 35-ci turunda “Barselona”ya 0:2 hesabı ilə məğlub olub və çempionluq şansını rəsmən itirib.
Bundan sonra Umtiti “kral klubu”nun oyununu kəskin tənqid edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı sabiq futbolçu “Real”ın hazırda komanda görüntüsü yaratmadığını bildirib:
“Onlarda komanda ruhu hiss olunmur. Hər kəs istədiyi kimi oynayır, istədiyini edir və komanda yoldaşına dəstək olacaq biri yoxdur.
Bu komandada nəsə işləmir. Onlar qərarlar verməli və nələrisə dəyişməlidirlər.
Çünki “Real” kimi klubun ardıcıl iki mövsümü titulsuz başa vurması normal deyil”.
O, həmçinin, futbolçular Federiko Valverde ilə Orelyen Tçuameni arasında baş verən dava barədə də danışıb:
“Tçuamenini şəxsən tanımıram, amma onun çox sakit biri olduğunu bilirəm. Paltardəyişmə otağında çox şey baş verir və bu, normaldır. Sadəcə, adətən bunlar həmin otaqda qalır”.

