“Qarabağ”dan: “Nəyəsə ehtiyac yoxdur, diqqətli və məhsuldar olmalıyıq”

7 May 19:40 Qarabağ 841
“Qarabağ”dan: “Nəyəsə ehtiyac yoxdur, diqqətli və məhsuldar olmalıyıq”

Mövsümü titulsuz başa vuracağı dəqiqləşən “Qarabağ” “Turan Tovuz”la ağır oyundan sonra bölgəyə səfər edəcək.

“Köhlən atlar” spesifik hava şəraitinə görə fərqlənən Qəbələdə meydana çıxacaq.

“Qırmızı-qaralar”la “köhlən atlar” fərqli hədəflər uğrunda mübarizə aparmasına baxmayaraq, qəbələlilər doğma meydandakı görüşlərdə xoş təsir bağışlayır.

“Qəbələ” elitada qalmaq hədəfinin öhdəsindən gəlməyə çalışırsa, “Qarabağ”ın çempionatı 2-ci pillədə başa vuracağı böyük ölçüdə dəqiqələşib.

Qonaqların matça necə motivasiya olacağı sual doğurmaya biməz.

Ağdam təmsilçisinin müdafiə xəttindəki dirəyi Kevin Medina Sportinfo.az-a açıqlamasında oyunla bağlı təxminlərini dilə gətirib:

“Oyuna motivasiya olmaq üçün xüsusi nəyəsə ehtiyac yoxdur. “Qarabağ”ın adı ən böyük motivasiyadır.

İndidən növbəti mövsümün hazırlıqlarına başlamaq lazımdır. Uğurlu başlanğıc üçün ardıcıl qələbələr və yüksək əhval-ruhiyyə mütləqdir.

“Qarabağ” qələbə qazanmağa alışmış komandadır. Bu, Qəbələ səfərində də istisna olmayacaq.

Bu gün əldə etdiyimiz nəticələr növbəti mövsümün başlanğıcıdır. Ona görə də diqqətli və məhsuldar olmalıyıq”.

Mayın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı